Böyük Britaniyanın yeni Baş naziri ilk çıxışında xarici siyasətdən danışmayıb
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem Dauninq-stritdə etdiyi ilk çıxışında ölkənin xarici siyasətinə toxunmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "RIA Novosti" çıxışın yayımına istinadən məlumat yayıb.
Börnhem çıxışında müxtəlif sahələrdə daxili islahatlar aparacağını vəd etsə də, Böyük Britaniyanın xarici siyasəti ilə bağlı planlarından bəhs etməyib.
Qeyd edək ki, Endi Börnhem iyulun 20-də Kral III Çarlzdan hökuməti formalaşdırmaq mandatını alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.
16:49 20.07.2026
Oxunuş sayı: 66