Putin Çin vətəndaşları üçün vizasız rejimi uzadıb
Rusiya Prezidenti Vladimir Putin Çin vətəndaşlarının ölkəyə vizasız giriş qaydalarının müddətini 2027-ci il dekabrın 31-dək uzadan fərman imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "RIA Novosti" hüquqi informasiya portalında dərc olunan sənədə istinadən məlumat yayıb.
Fərmana əsasən, Çin Xalq Respublikasının adi pasport sahibi olan vətəndaşları turizm, işgüzar, elmi və humanitar məqsədlərlə Rusiyada 30 günədək vizasız qala biləcəklər.
Qeyd edək ki, yeni qaydalar 2027-ci il dekabrın 31-i də daxil olmaqla qüvvədə olacaq.
17:31 20.07.2026
Oxunuş sayı: 62