Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb
Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Krım körpüsünə giriş yollarındakı vəziyyətlə bağlı operativ məlumat mərkəzi məlumat yayıb.
Bildirilib ki, körpüdə və yoxlama məntəqələrində olan şəxslərdən sakitliyi qorumaq və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmək xahiş olunub.
Hərəkətin hansı səbəbdən məhdudlaşdırıldığı və məhdudiyyətin nə qədər davam edəcəyi barədə əlavə məlumat verilməyib.
16:40 20.07.2026
Oxunuş sayı: 72