Sibir neft emalı zavodlarında planlaşdırılan təmir işləri təxirə salınıb
Rusiyada Sibir bölgəsində yerləşən neft emalı zavodlarında planlaşdırılan təmir işləri 2026-cı ilin payızına keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" agentliyi Rusiya Mərkəzi Bankının regional iqtisadiyyata dair iyul hesabatına istinadən məlumat yayıb.
Hesabatda bildirilib ki, qərar daxili bazarda neft məhsullarının kifayət qədər təklifini təmin etmək məqsədilə qəbul olunub.
Məlumata görə, may ayında Sibir neft emalı zavodlarında istehsal həcmləri artıb. Böyük neft holdinqlərinə daxil olan müəssisələr istehsal güclərini tam yükləyərək rekord həcmdə xammal emal ediblər.
Həmçinin qeyd olunub ki, əvvəllər xammal təminatı ilə bağlı çətinlik yaşayan müstəqil neft emalı zavodları da istehsal göstəricilərini yaxşılaşdırmağa nail olublar.
17:43 20.07.2026
Oxunuş sayı: 57