Rubio: ABŞ İranla diplomatik razılaşmaya hazırdır
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranla diplomatik həll yolunu dəstəklədiyini və razılaşmaya hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.
Rubio bildirib ki, davam edən gərginliyə baxmayaraq, ABŞ İranla diplomatik danışıqların aparılmasının tərəfdarıdır və münaqişənin siyasi yolla həllini mümkün hesab edir.
Onun bu açıqlaması ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam etdirdiyi və tərəflər arasında əvvəllər əldə olunmuş razılaşmaların pozulması ilə bağlı qarşılıqlı ittihamların səsləndiyi bir vaxta təsadüf edir.
17:27 20.07.2026
Oxunuş sayı: 55