İsrail ABŞ-də imicini yaxşılaşdırmaq üçün 50 milyon dollar xərcləyib
İsrail ABŞ-də ölkənin imicini yaxşılaşdırmaq məqsədilə təxminən 50 milyon dollar dəyərində kampaniyaya başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, kampaniya Qəzzadakı müharibə və İranla qarşıdurma fonunda ABŞ ictimaiyyətində İsrailə dəstəyin azalması səbəbindən həyata keçirilir.
Məlumata əsasən, layihədə ABŞ Prezidenti Donald Trampın sosial media üzrə keçmiş müşaviri Bred Parskeyl də iştirak edir. Bildirilir ki, İsrailin beynəlxalq imicinin yaxşılaşdırılmasına yönəlmiş ümumi informasiya kampaniyasının büdcəsi artıq 700 milyon dolları ötüb.
17:06 20.07.2026
Oxunuş sayı: 64