ABŞ Səudiyyə Ərəbistanına uranı zənginləşdirməyə icazə verə bilər
Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanına beynəlxalq nəzarət mexanizmlərinin tam tətbiqi olmadan uranı zənginləşdirməyə icazə verə biləcək razılaşmanı nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, saziş layihəsi ABŞ-nin Səudiyyə Ərəbistanının mülki nüvə proqramına dəstəyini nəzərdə tutur. Bildirilir ki, sənəd uranın zənginləşdirilməsi prosesinə nüvə silahlarının yayılmasının qarşısını almaq üçün nəzərdə tutulan bəzi beynəlxalq nəzarət mexanizmlərinin məcburi tətbiqini tələb etmir.
Ekspertlər hesab edirlər ki, belə bir yanaşma gələcəkdə Səudiyyə Ərəbistanının nüvə silahı hazırlamaq imkanlarını genişləndirə bilər.
Xatırladaq ki, vəliəhd şahzadə Məhəmməd bin Salman daha əvvəl bəyan etmişdi ki, İran nüvə silahı əldə edəcəyi təqdirdə, Səudiyyə Ərəbistanı da öz nüvə bombasını hazırlayacaq.
16:54 20.07.2026
Oxunuş sayı: 65