Pezeşkian: İran ABŞ ilə razılaşmada güzəştə getməyib
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran ABŞ ilə İslamabad Memorandumu çərçivəsində əldə olunan anlaşmada heç bir güzəştə getməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, İran razılaşma zamanı öz hüquqlarından, milli maraqlarından və prinsiplərindən geri çəkilməyib.
O bildirib ki, memorandumun əksər müddəaları İslam Respublikası üçün sərfəlidir və sənəddə ABŞ-yə birtərəfli üstünlük verən heç bir bənd yoxdur.
17:13 20.07.2026
Oxunuş sayı: 67