İran ABŞ ilə danışıqlar üçün şərtini açıqladı
İran ABŞ-nin ölkə ərazisinə endirdiyi zərbələr davam etdiyi müddətdə Vaşinqtonla danışıqların bərpasını mümkünsüz hesab edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə danışan İran mənbəsi bildirib.
Mənbənin sözlərinə görə, ABŞ hücumlarını dayandırmadan danışıqlar prosesinin başlanması qəbuledilməzdir.
"Təəssüf ki, hazırda onlar bizə hücum edirlər. Hücum davam etdiyi müddətdə danışıqlara başlaya bilmərik. Bu şəraitdə danışıqlardan danışmaq yolverilməzdir", – deyə mənbə vurğulayıb.
O əlavə edib ki, əgər Vaşinqton həqiqətən danışıqlara qayıtmaq istəyirsə, ilk növbədə İran ərazisinə hücumları və bombardmanları dayandırmalıdır.
"Əgər ABŞ danışıqlara başlamaq istəyirsə, əvvəlcə ölkəmizə hücumları dayandırmalıdır", – deyə mənbə qeyd edib.
17:48 20.07.2026
Oxunuş sayı: 65