Odessada Türkiyəyə məxsus yük gəmisinə zərbə: Ölənlərin sayı 10-a çatdı
Rusiyanın raket zərbəsinə məruz qalan Türkiyəyə məxsus GOLDEN LEO yük gəmisində daha dörd dənizçinin meyiti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Odessa Vilayət Prokurorluğuna istinadən "Ukrainska Pravda" məlumat yayıb.
Məlumata görə, iyulun 20-si səhər saatlarına olan vəziyyətə əsasən, hücum nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Həlak olanlardan doqquzu xarici ölkə vətəndaşı olan ekipaj üzvləri, biri isə ukraynalı losmandır.
Bundan başqa, hadisə nəticəsində daha yeddi nəfərin yaralandığı bildirilir.
16:37 20.07.2026
Oxunuş sayı: 53