Ermənistanda seçici rüşvəti iddiası: Samvel Karapetyanın tərəfdarları araşdırılır
Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ararat vilayətinin Masis icmasında seçicilərin mümkün pulla ələ alınması ilə bağlı araşdırmaya başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən "Sputnik Armenia" məlumat yayıb.
Məlumata görə, iyulun 7-nə təyin olunmuş seçkilər ərəfəsində Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyasının tərəfdarlarının bir qrup seçiciyə həmin siyasi qüvvəni dəstəkləmələri müqabilində pul vəd etdikləri barədə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır. Hələlik ittihamlarla bağlı məhkəmə qərarı yoxdur və hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.
16:44 20.07.2026
Oxunuş sayı: 61