Rusiyada App Store-la bağlı problem yarandı
Rusiyada Apple istifadəçiləri App Store-un işində kütləvi nasazlıqlarla üzləşiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "SHOT" məlumat yayıb.
Bildirilib ki, istifadəçilərin bir qismində App Store tətbiqlərin səhifələrini açmır, digərlərində isə IP ünvanı dəyişdirilmədən və ya VPN istifadə edilmədən tətbiqləri yeniləmək və quraşdırmaq mümkün olmur.
Problemin səbəbi ilə bağlı Apple tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Hazırda nasazlığın yalnız Rusiyada müşahidə olunduğu bildirilir.
17:53 20.07.2026
Oxunuş sayı: 63