FTX-nin koordinasiya mərkəzinə zərbə endirilib
Rusiyanın nəzarətində olan Xerson vilayətində yerləşən FTX-nin koordinasiya mərkəzinə zərbə endirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat xüsusi təyinatlı "Alfa" bölməsi tərəfindən həyata keçirilib. Bildirilir ki, obyektə 13 pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
Hücumdan sonra ərazidə güclü yanğın baş verib. Həmçinin zərbə zamanı obyektdə təxminən 100 Rusiya hərbçisinin ola biləcəyi qeyd olunub.
16:32 20.07.2026
Oxunuş sayı: 61