ASCO-da gözlənilməz istefa: Donanma rəisi vəzifəsindən ayrıldı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-nin Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov vəzifəsindən ayrılıb.
Crossmedia.az xəbər verir ki, Çingiz Səfərov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
Bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Məlumata görə, hələlik Çingiz Səfərovun yerinə yeni təyinat həyata keçirilməyib.(Unikal)
15:56 20.07.2026
Oxunuş sayı: 87