ABŞ-nin İranın qərbinə endirdiyi zərbələrdə azı bir nəfər ölüb
ABŞ-nin İranın qərb bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı bir nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin həyata keçirdiyi hücumlar nəticəsində azı bir nəfər həlak olub. Hadisə zamanı yaralananların olub-olmaması və dağıntıların miqyası barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
İran rəsmiləri insidentlə bağlı araşdırmaların davam etdiyini bildiriblər.
16:08 20.07.2026
Oxunuş sayı: 50