Qalibaf: ABŞ-nin bəyanatlarına deyil, əməllərinə baxırıq
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Yaxın Şərqdəki siyasətini tənqid edərək Vaşinqtonun açıqlamaları ilə atdığı addımlar arasında ziddiyyət olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qalibafın sözlərinə görə, ABŞ bir tərəfdən müharibənin dayandırılmasını istədiyini bəyan edir, digər tərəfdən isə bölgəyə yeni hərbi texnika göndərməkdə davam edir.
"Amerikalılar bölgəyə hələ də yeni hərbi texnika gətirir, eyni zamanda isə müharibəni dayandırmağa çalışdıqlarını iddia edirlər. Onlar bizim də zəka səviyyəmizin özlərininki qədər aşağı olduğunu düşünərək buna ümid bağlayıblar", – deyə o bildirib.
İran parlamentinin sədri əlavə edib ki, Tehran artıq ABŞ-nin bu cür siyasətini yaxşı tanıyır və buna uyğun hazırlıq görüb.
"Biz ABŞ-nin bu cür oyunlarını tanımaqda artıq tam məharət qazanmışıq və buna uyğun şəkildə özümüzü hazırlamışıq. Əməllər verilən bəyanatları təsdiqləməlidir, onlarla ziddiyyət təşkil etməməlidir", – deyə Qalibaf vurğulayıb.
15:49 20.07.2026
Oxunuş sayı: 51