Endi Börnhem Böyük Britaniyanın yeni Baş naziri olub
Əmək Partiyasının lideri Endi Börnhem rəsmi olaraq Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Kral III Çarlz əvvəlki Baş nazir Kir Starmerin istefasını qəbul etdikdən sonra Endi Börnhemi hökuməti formalaşdırmağa dəvət edib. Bununla da o, rəsmi şəkildə ölkənin yeni Baş naziri olub.
56 yaşlı Endi Börnhem bundan əvvəl Böyük Mançesterin meri vəzifəsində çalışıb. O, Kir Starmerin istefasından sonra Əmək Partiyasının lideri seçilərək hökumət başçısı postuna yüksəlib.
15:37 20.07.2026
Oxunuş sayı: 57