Pentaqon İordaniyada yaralanan ABŞ hərbçiləri barədə məlumatları gizlədib
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranın İordaniyaya endirdiyi zərbələr nəticəsində yaralanan onlarla amerikalı hərbçi ilə bağlı məlumatları ictimaiyyətdən gizlətdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb ki, bir hərbçi itkin düşmüş hesab olunur, dörd nəfər xəstəxanaya yerləşdirilib, bir neçə nəfər yüngül xəsarət alıb, daha iki hərbçi isə İranla qarşıdurmanın dördüncü zərbə dalğası zamanı həlak olub.
Məqalədə bildirilir ki, bundan əvvəlki üç hücum dalğası zamanı da onlarla ABŞ hərbçisi yaralanıb. "The New York Times" iddia edir ki, Pentaqon bu itkilərlə bağlı məlumatları da ictimaiyyətə açıqlamayıb.
15:41 20.07.2026
Oxunuş sayı: 60