İran XİN: ABŞ ilə gərginliyin azaldılması üçün vasitəçilərdən təkliflər almışıq
İran ABŞ ilə gərginliyin azaldılması məqsədilə vasitəçilərdən müxtəlif təkliflər aldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, rəsmi Tehran ABŞ ilə münasibətlərdə gərginliyin azaldılması istiqamətində vasitəçilər tərəfindən təqdim olunan təklifləri qəbul edib və onları nəzərdən keçirir.
Açıqlamada təkliflərin məzmunu və hansı ölkələrin vasitəçilik etdiyi barədə əlavə məlumat verilməyib.
15:07 20.07.2026
Oxunuş sayı: 63