İstanbul sahilində partlayıcı daşıyan kamikadze PUA-nın qalıqları tapılıb
Türkiyənin İstanbul şəhərinin sahilində partlayıcı maddə daşıyan kamikadze pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "İHA" agentliyi hadisə yerindən görüntülərlə birlikdə məlumat yayıb.
Məlumata görə, PUA-nın qalıqları Karaburun rayonunun sahilində tapılıb. Kadrlarda ağ rəngli, təyyarə tipli pilotsuz uçuş aparatının qalıqları əks olunub.
Hadisə yerinə dəniz xüsusi təyinatlı bölməsinin mütəxəssisləri cəlb edilib. Onlar aşkar edilmiş partlayıcını nəzarətli partlayış yolu ilə zərərsizləşdiriblər.
PUA-nın hansı tərəfə məxsus olduğu hələlik məlum deyil. Onun qalıqları ekspertiza aparılması üçün Ankaraya göndərilib.
14:54 20.07.2026
Oxunuş sayı: 55