Von der Leyen qışa hazırlıqda Ukraynaya dəstək vəd edib
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın yeni baş naziri Sergey Koretski ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ursula fon der Lyayen "X" sosial şəbəkəsində paylaşım edib.
Fon der Lyayen söhbəti "çox yaxşı" adlandıraraq bildirib ki, Avropa İttifaqı Ukraynanın Aİ-yə üzvlük prosesini sürətləndirən islahatlar istiqamətində Kiyevlə sıx əməkdaşlığı davam etdirəcək.
Onun sözlərinə görə, tərəflər, həmçinin Aİ ilə Ukrayna arasında dron istehsalı üzrə əməkdaşlığı, qış mövsümünə hazırlıq və enerji infrastrukturunun qorunması məsələlərini müzakirə ediblər.
"Dronlarla bağlı razılaşmamız Aİ-nin sənaye potensialını Ukraynanın ən innovativ müdafiə texnologiyalarının daha sürətli və daha geniş miqyasda istehsalına yönəldəcək. Biz, həmçinin qışa hazırlıq və kritik enerji infrastrukturu barədə danışdıq. Enerji sektorunda idarəetmənin təkmilləşdirilməsi də daxil olmaqla, tam dəstəyimizə arxalana bilərsiniz", – deyə fon der Lyayen bildirib.
14:24 20.07.2026
Oxunuş sayı: 61