Rusiya: Son sutkada 8 idarəolunan aviasiya bombası və 917 PUA vurulub
Rusiya Müdafiə Nazirliyi son sutka ərzində Ukraynada davam edən müharibə zonasında hava hücumundan müdafiə qüvvələrinin 8 idarəolunan aviasiya bombasını vurduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "RIA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində, həmçinin ABŞ istehsalı olan HIMARS yaylım atəşli reaktiv sistemi üçün nəzərdə tutulmuş 4 raket və təyyarə tipli 917 pilotsuz uçuş aparatı məhv edilib.
14:07 20.07.2026
Oxunuş sayı: 58