Rusiya: Krımı təmin edən R-280 Novorossiya magistral yolu tam nəzarətə götürülüb
Rusiya tərəfindən təyin olunmuş Zaporojye vilayətinin rəhbəri Yevgeni Balitski R-280 "Novorossiya" federal avtomobil magistralının tam nəzarətə götürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Balitski bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb.
"Krımı təmin edən R-280 yolu hazırda tam nəzarətimiz altındadır", – deyə o bildirib.
R-280 "Novorossiya" magistralı Rostov vilayəti, Donetsk, Zaporojye və Xerson vilayətləri, həmçinin Krım ərazisindən keçən federal əhəmiyyətli avtomobil yoludur. Rusiya bu marşrutu Krıma uzanan "quru dəhlizi"nin əsas hissəsi hesab edir.
13:43 20.07.2026
Oxunuş sayı: 60