Çin süni intellekt sahəsində 29 ölkənin iştirak etdiyi koalisiya yaradıb
Çin sədri Si Cinpin süni intellekt sahəsində 29 ölkənin iştirak etdiyi beynəlxalq koalisiyanın yaradıldığını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Strana.ua" məlumat yayıb.
Məlumata görə, koalisiyada Rusiya, Belarus, Braziliya, Qazaxıstan, İndoneziya və digər ölkələr təmsil olunur.
Si Cinpin bu bəyanatı Çində keçirilən əsas texnologiya tədbirlərindən biri olan Şanxay Ümumdünya Süni İntellekt Konfransında çıxışı zamanı səsləndirib. O, süni intellekt sahəsində daha açıq inkişafın və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
"Bir sim musiqi yarada bilməz, bir ağac da meşə təşkil etməz. Süni intellektin inkişafı beynəlxalq əməkdaşlığın simfoniyasına çevrilməlidir", – deyə Çin lideri bildirib.
Si Cinpin, həmçinin süni intellektdən sui-istifadənin və onun zərərli məqsədlərlə tətbiqinin qarşısını almaq üçün qanunvericilik mexanizmlərinin və texnoloji nəzarət sistemlərinin yaradılmasına çağırıb.
O əlavə edib ki, süni intellekt texnologiyası hər zaman insan nəzarəti altında qalmalıdır.
13:38 20.07.2026
Oxunuş sayı: 80