KİV: ABŞ İranla genişmiqyaslı müharibə həddinə yaxınlaşıb
ABŞ-də İranla genişmiqyaslı müharibənin başlanması ehtimalı artır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İraq və İordaniyada ABŞ hərbçilərinin həlak olmasından sonra Vaşinqtonun İranla birbaşa hərbi qarşıdurmaya cəlb olunma riski yüksəlib.
Məlumata əsasən, ABŞ müharibə nazirliyi (Pentaqon) Yaxın Şərqdə hərbi təyyarələrin və yanacaqdaşıyan tanker təyyarələrinin sayını artırmağa başlayıb.
Bununla yanaşı, qəzet qeyd edir ki, ABŞ-nin hərbi əməliyyatları genişləndirməsi hava hücumundan müdafiə vasitələrinin və uzaqmənzilli sursatların ehtiyatının azalması, eləcə də döyüş zədələri səbəbindən bölgəyə əlavə qüvvə və aviasiyanın göndərilməsi imkanlarının məhdudlaşması ilə çətinləşə bilər.
Digər tərəfdən, "The New York Times" yazır ki, İsrail xüsusi xidmət orqanları İranın ali lideri Müctəba Xameneinin İsrailə hücum əmri verə biləcəyini ehtimal edir. Bu məlumat İsrail kəşfiyyatının qiymətləndirmələrinə əsaslanır.
11:57 20.07.2026
Oxunuş sayı: 70