Türkiyədə beşulduzlu oteldə rusiyalı turistlər zəhərlənib
Türkiyənin Alanya şəhərində yerləşən beşulduzlu otellərdən birində istirahət edən rusiyalı turistlərin kütləvi şəkildə zəhərləndiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Life.ru", "SHOT Проверка" "Telegram" kanalına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə World Star Beach Resort & Spa otelində baş verib. Bir həftə ailəsi ilə burada istirahət edən turistin sözlərinə görə, tətilin son günlərində həyat yoldaşı və azyaşlı övladı güclü qusma və yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlər onlarda bakterial infeksiya aşkarlayıb və antibiotik müalicəsi təyin ediblər.
Ailə ehtimal edir ki, zəhərlənmənin səbəbi otelin hovuzu olub. Onların sözlərinə görə, ata və övlad hovuzdan intensiv istifadə ediblər.
İlkin məlumata əsasən, həmin oteldən xəstəxanaya aparılan turistlərin sayı mütəmadi artır. Bildirilir ki, 10-dan çox Rusiya vətəndaşı, o cümlədən uşaqlar oxşar şikayətlərlə zərər çəkib.
Turistlər oteldə tarakanların olması, çirkli qab-qacaq, elektrik və santexnika problemləri ilə bağlı da narazılıqlarını bildiriblər. İstirahətçilərdən biri isə yatağında qurdlar aşkar etdiyini iddia edib.
11:12 20.07.2026
Oxunuş sayı: 69