Rusiya: Gecə ərzində 381 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi gecə ərzində hava hücumundan müdafiə (HHM) vasitələrinin Ukraynaya məxsus 381 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Orlov, Rostov, Ryazan, Smolensk, Tambov və Tula vilayətlərində, həmçinin Moskva regionunda, Krasnodar diyarında, Krımda, eləcə də Azov və Qara dəniz akvatoriyalarında vurulub.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində gecə ərzində 400-dən çox Ukrayna PUA-sının hərəkət etdiyini bildirmişdi.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının böyük əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən Moskva regionuna çatmadan zərərsizləşdirilib.
11:03 20.07.2026
Oxunuş sayı: 85