Rusiya Çinə neft ixracını 27,8 faiz artırıb
Rusiya 2026-cı ilin ilk yarısında Çinə 3,593 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz çoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə "RIA Novosti" Çinin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, Çin bu həcmdə LNG üçün 2026-cı ilin ilk altı ayında Rusiyaya 1,811 milyard ABŞ dolları ödəyib.
Müqayisə üçün, 2025-ci ilin ilk yarısında Pekin Rusiyadan 2,812 milyon ton mayeləşdirilmiş təbii qaz almış və bunun müqabilində 1,673 milyard ABŞ dolları xərcləmişdi.
Agentliyin məlumatına əsasən, Rusiya 2025-ci ilin yekununda Çinə rekord həcmdə – 9,799 milyon ton LNG ixrac edib. Bu göstərici 2024-cü illə müqayisədə 18,3 faiz, 2015-ci illə müqayisədə isə 51 dəfə çox olub.
11:24 20.07.2026
Oxunuş sayı: 74