ÜST: Avropada xərçəng xəstəliyinə yoluxma halları 2050-ci ilədək 27% arta bilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunda 2050-ci ilədək yeni onkoloji xəstəlik hallarının sayı 2024-cü illə müqayisədə təxminən 27 faiz arta bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəliyi RIA Novosti agentliyinə məlumat verib.
Bildirilib ki, proqnoz Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin qiymətləndirmələrinə əsaslanır.
Məlumata görə, Rusiyada da 2050-ci ilədək yeni xərçəng diaqnozlarının sayının 2024-cü illə müqayisədə təxminən 13 faiz artacağı gözlənilir.
ÜST qeyd edib ki, gözlənilən artımın əsas səbəbi demoqrafik dəyişikliklər, xüsusilə də əhalinin yaşlanmasıdır. Təşkilatın fikrincə, məhz bu amil onkoloji xəstəliklərin sayının artmasına əhəmiyyətli təsir göstərir.
12:36 20.07.2026
Oxunuş sayı: 66