İranın qərbində ardıcıl zəlzələlər baş verib
İranın qərbində 4,5 və 4,9 maqnitudalı iki zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Mərkəzin açıqlamasına görə, hər iki zəlzələnin ocağı yer səthinə yaxın dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Bununla yanaşı, ölkənin cənub-qərbində 5 maqnitudalı daha bir zəlzələ baş verib.
İranın Milli Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələnin episentri Xuzistan əyalətinin Saland şəhəri yaxınlığında yerləşib. Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar Əhvaz, Əndimeşk və Dizful şəhərlərində də hiss edilib.
Hadisənin nəticələrinin qiymətləndirilməsi və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə bölgəyə İran Qırmızı Aypara Cəmiyyətinin xilasetmə qrupları göndərilib.
10:51 20.07.2026
Oxunuş sayı: 64