Peskov: Putin İranın yeni ali dini lideri ilə təmaslara açıqdır
Rusiya Prezidenti Vladimir Putin İranın yeni ali dini lideri Müctəba Xamenei ilə təmaslara açıqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, Rusiya lideri İranın yeni ali rəhbərliyi ilə dialoqa hazırdır.
Bununla yanaşı, Kremlin sözçüsü qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya və İran tərəfləri arasında hələlik konkret razılaşma əldə olunmayıb.
10:56 20.07.2026
Oxunuş sayı: 78