Rubio Lavrov və Van İ ilə görüşə hazır olduğunu açıqlayıb
ABŞ dövlət katibi Marko Rubio ASEAN sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Van İ ilə görüşə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Rubio jurnalistlərə açıqlamasında görüşlərin hələ tam razılaşdırılmadığını, lakin ABŞ tərəfinin belə təmaslara hazır olduğunu deyib.
"Hələ bunun tam razılaşdırıldığından əmin deyiləm, amma bəli, əlbəttə ki, onlarla görüşməyə hazırıq", – o bildirib.
Məlumata görə, Marko Rubio iyulun 19-23-də ASEAN tədbirlərində iştirak etmək üçün Filippinə səfər edəcək.
Sergey Lavrovun da iyulun 21-23-də Filippində işgüzar səfərdə olması planlaşdırılır. Rusiya XİN rəhbərinin səfər zamanı Asiya-Sakit okean regionundakı vəziyyətlə bağlı Moskvanın mövqeyini açıqlayacağı bildirilir.
10:43 20.07.2026
Oxunuş sayı: 69