Skaloni məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilmədi
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il Dünya Çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra keçirdiyi mətbuat konfransında emosiyalarına hakim ola bilməyib.
Crossmedia.az xəbər verir ki, argentinalı mütəxəssis jurnalistlər qarşısında çıxışı zamanı göz yaşlarına boğulub.
"Mən yaralanmışam! Ruhən yaralanmışam. Bağışlayın", – deyə Skaloni bildirib və ağlamağa başlayıb.
Qeyd edək ki, dünya çempionatının final görüşündə İspaniya Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Matçın yeganə qolunu 106-cı dəqiqədə Ferran Torres vurub. Argentina millisi isə 90+3-cü dəqiqədən etibarən yarımmüdafiəçi Enso Fernandesin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda davam etdirib.
10:34 20.07.2026
Oxunuş sayı: 66