Almaniyadan Ukraynalı çağırışçılarla bağlı yeni təklif
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt hesab edir ki, Ukraynadan olan çağırış yaşlı kişilər artıq avtomatik olaraq Almaniyada müvəqqəti müdafiə statusu almamalıdır.
Crossmedia.az xəbər verir ki, nazirin sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin müraciətlərinə ümumi sığınacaq prosedurları çərçivəsində baxılmalıdır.
Dobrindt bildirib ki, hərbi xidmətdən yayınmaq faktı özlüyündə sığınacaq verilməsi üçün əsas hesab edilə bilməz.
Nazir əlavə edib ki, müraciət edən şəxsə sığınacaq verilməzsə, onun Almaniyanı tərk edərək Ukraynaya qayıtması lazım gələcək.
Bununla yanaşı, Dobrindt qeyd edib ki, Almaniyanın Ukraynaya genişmiqyaslı hərbi dəstək göstərdiyini nəzərə alaraq, belə yanaşmanı əsaslandırılmış hesab edir.
21:59 19.07.2026
Oxunuş sayı: 75