Google-da kütləvi etiraz: İşçilər ixtisarlara qarşı petisiya imzaladı
Google-un 4 500-dən çox əməkdaşı şirkətin baş icraçı direktoru Sundar Piçaiyə müraciət edərək onları mümkün ixtisarlardan qoruyacaq tədbirlərin görülməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Məlumata görə, əməkdaşlar petisiyada işdən çıxarılanlar üçün təminatlı kompensasiyaların verilməsini, məcburi ixtisarlar əvəzinə könüllü işdən ayrılma proqramlarının tətbiqini və işçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminə yenidən baxılmasını istəyiblər.
Petisiya müəllifləri bildirirlər ki, Google süni intellekt texnologiyalarının inkişafına on milyardlarla dollar sərmayə yatırdığı halda, rekord gəlir və yüksək bazar dəyərinə baxmayaraq işçi sayını azaltmağa davam edir.
Onların fikrincə, şirkət mənfəəti əməkdaşların maraqlarından üstün tutur və bu yanaşma dəyişdirilməlidir.
03:22 20.07.2026
Oxunuş sayı: 73