Ermənistan ABŞ ilə müdafiə əməkdaşlığını genişləndirir
Ermənistan müdafiə sahəsində tədarükçülərin şaxələndirilməsi məqsədilə ABŞ ilə əməkdaşlığını genişləndirir.
Crossmedia.az "Axios"a istinadən xəbər verir ki, bunu Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyan bildirib. Onun sözlərinə görə, İrəvan hazırda müdafiə texnologiyalarını ABŞ da daxil olmaqla yeddi ölkədən əldə edir və bu siyasət ölkənin bir mənbədən asılılığını azaltmağa xidmət edir.
Mkrtçyan əlavə edib ki, Ermənistan enerji mənbələri və süni intellekt sahəsində də tərəfdaşlarını diversifikasiya edərək ölkənin suverenliyini və müstəqilliyini gücləndirməyə çalışır.
21:19 19.07.2026
Oxunuş sayı: 83