Tramp Britaniyanı "Kasıb" ölkə adlandırıb
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın yeni baş naziri Endi Börnəmin Şimal dənizində neft hasilatını artırmaq planını dəstəklədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp Truth Social platformasında paylaşdığı açıqlamada Şimal dənizindəki yataqları Yer üzündə ən böyük və yüksək keyfiyyətli neft mənbələrindən biri adlandırıb. Onun fikrincə, bu addım Böyük Britaniyanın iqtisadiyyatına böyük töhfə verəcək.
ABŞ prezidenti həmçinin Aberdin yaxınlığındakı köhnə külək turbinlərinin sökülməsi ilə bağlı iddiaları da müsbət qiymətləndirərək bunun ölkə üçün əhəmiyyətli hadisə olacağını bildirib.
22:37 19.07.2026
Oxunuş sayı: 78