Qazaxıstan XİN Ukraynanın PUA hücumlarını pisləyib
Qazaxıstan Xarici İşlər Nazirliyi Qara dənizdə neft daşınmasında istifadə olunan mülki gəmilərə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələri qəti şəkildə pisləyib.
Crossmedia.az xəbər verir ki, nazirliyin bəyanatında iyulun 17 və 19-da Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) infrastrukturu vasitəsilə qanuni neft daşımalarında iştirak edən mülki gəmilərin hədəfə alındığı bildirilib.
Qazaxıstan XİN beynəlxalq hüquq normalarına riayət olunmasının vacibliyini vurğulayıb.
19:24 19.07.2026
Oxunuş sayı: 73