Rusiya: Poltavada karbohidrogen emalı mərkəzi vurulub
Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Ukraynanın Poltava vilayətində yerləşən karbohidrogen emalı mərkəzinə zərbə endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, hücum nəticəsində obyekt vurulub. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Ukrayna tərəfi isə hələlik Rusiya Müdafiə Nazirliyinin bu iddiasına münasibət bildirməyib.
18:59 19.07.2026
Oxunuş sayı: 69