İran: ABŞ-nin zərbələri nəticəsində ölənlərin sayı 50-ni keçib
ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 50-ni ötüb, daha 517 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn Kermanpur bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, açıqlanan statistika iyulun 19-u səhər saatlarınadək olan dövrü əhatə edir.
Kermanpur bildirib ki, yaralananlar arasında 35 qadın və 18 yaşınadək 19 nəfər var. Həlak olanlar arasında isə beş qadın və iki azyaşlı da yer alır.
18:47 19.07.2026
Oxunuş sayı: 94