Messi DÇ-2026-nın finalı öncəsi azarkeşlərə müraciət edib
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın İspaniyaya qarşı keçiriləcək final oyunu ərəfəsində azarkeşlərə müraciət edib.
Crossmedia.az xəbər verir ki, Lionel Messi bu barədə "Instagram" hesabında paylaşım edib.
"Bu illər ərzində ən gözəl olan təkcə qazandığımız titullar deyil, keçdiyimiz yol idi. Bu komanda ilə hər günü bölüşmək, birlikdə mübarizə aparmaq, çətin anlarda təslim olmamaq və hər addımdan zövq almaq böyük xoşbəxtlik idi. Hər kəsə təşəkkür edirəm", – deyə Messi yazıb.
Argentina millisinin hücumçusu komanda yoldaşlarına, məşqçilər heyətinə və yığmanın böyük bir ailə olaraq qalması üçün çalışan hər kəsə minnətdarlığını bildirib.
Messi vurğulayıb ki, final oyununun nəticəsindən asılı olmayaraq, Argentina millisi artıq futbol tarixinə adını yazdırıb.
17:55 19.07.2026
Oxunuş sayı: 85