İrandan İordaniyanın Əqəbə şəhərinə raket atılıb
İsrail Müdafiə Qüvvələri (SAXAL) İrandan İordaniyanın Əqəbə şəhəri istiqamətində raket buraxıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) bu barədə "Telegram" kanalında məlumat yayıb.
Bəyanatda bildirilir ki, raket zərbəsi nəticəsində yanğının İsrail ərazisinə yayılması ehtimalı var. Bu səbəbdən ölkənin cənub bölgələrində hava həyəcanı siqnallarının işə salına biləcəyi qeyd olunub.
SAXAL əhaliyə xəbərdarlıq edərək bildirib ki, həyəcan siqnalı veriləcəyi təqdirdə insanlar dərhal sığınacaqlara keçməli və əlavə göstəriş verilənədək orada qalmalıdırlar.
17:09 19.07.2026
Oxunuş sayı: 77