İspaniya qış üçün nəzərdə tutulan qaz ehtiyatlarından istifadə etməyə başlayıb
İspaniya anomal isti hava şəraiti fonunda elektrik enerjisinə artan tələbat səbəbindən qış mövsümü üçün nəzərdə tutulan təbii qaz ehtiyatlarından istifadə etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" "Gas Infrastructure Europe" (GIE) Assosiasiyasının məlumatlarını təhlil edərək bu barədə məlumat yayıb.
Məlumata görə, iyulun 2-dən 14-dək ölkənin yeraltı qaz anbarlarından 39,4 milyon kubmetr qaz çıxarılıb.
Bildirilir ki, havaların həddindən artıq isti keçməsi səbəbindən əhali kondisionerlərdən daha çox istifadə edir. Bu isə elektrik enerjisinə tələbatı artıraraq qazla işləyən elektrik stansiyalarına əlavə yük yaradıb və yanacaq sərfiyyatını yüksəldib.
Hazırda İspaniyada qaz anbarlarının doluluq səviyyəsi 73,3 faiz təşkil edir. Bu göstərici 2021-ci ildən bəri iyul ayı üçün qeydə alınan ən aşağı səviyyə hesab olunur.
22:24 19.07.2026
Oxunuş sayı: 68