Tramp İrana qarşı sanksiyaların Rusiya ilə bağlı qanun layihəsinə daxil edilməsini təklif edib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların Rusiya ilə bağlı hazırlanan qanun layihəsinə daxil edilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Respublikaçılar İrana qarşı sanksiyaları Rusiya ilə bağlı qanun layihəsinə daxil etməlidirlər", – deyə ABŞ Prezidenti yazıb.
Trampın paylaşımında təklifin detalları və ya qanun layihəsinə hansı sanksiyaların əlavə edilməsinin nəzərdə tutulduğu barədə əlavə məlumat verilməyib.
16:56 19.07.2026
Oxunuş sayı: 67