ABŞ tikilməkdə olan AES meydançasına zərbə endirib
İranın Atom Enerjisi Təşkilatı (AEOI) ABŞ-ni ölkənin cənub-qərbində yerləşən Dərxoveyn Atom Elektrik Stansiyasının tikinti meydançasına zərbə endirməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə İranın Atom Enerjisi Təşkilatına istinadən məlumat yayıb.
Qurumun açıqlamasına görə, ABŞ bazar günü yerli vaxtla saat 03:39-da beynəlxalq hüququ pozaraq Dərxoveyndə tikilməkdə olan atom elektrik stansiyasının meydançasına bir neçə mərmi atıb.
Bildirilib ki, hücuma məruz qalan obyekt İranın cənub-qərbində yerləşir.
İranın Atom Enerjisi Təşkilatı Vaşinqtonun bu addımını pisləyib. ABŞ tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
16:29 19.07.2026
Oxunuş sayı: 70