Belqorod vilayətində avtobusa hücum edilib - ölən və yaralananlar var
Rusiyanın Belqorod vilayətində sərnişin avtobusuna hücum nəticəsində 1 nəfər həlak olub, 4 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernator səlahiyyətlərini icra edən şəxs məlumat verib.
Bildirilib ki, hadisə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində baş verib.
Yaralanan şəxslərə tibbi yardım göstərilir. Hadisənin digər detalları açıqlanmayıb.
23:50 18.07.2026
Oxunuş sayı: 83