Rusiya MN: Ukraynanın 123 PUA-sını məhv etdik
Rusiya Müdafiə Nazirliyi gün ərzində ölkə əraziləri üzərində 123 Ukrayna pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Nazirliyin məlumatına görə, PUA-lar Rusiya ərazisinə yönələn hücum cəhdi zamanı zərərsizləşdirilib.
Hadisənin hansı bölgələrdə baş verdiyi və digər detallarla bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, açıqlama Rusiya Müdafiə Nazirliyinin məlumatına əsaslanır.
23:38 18.07.2026
Oxunuş sayı: 102