Rusiya pilotsuz aparatlarla yeni gizli taktika sınayır
Ukrayna prezidentinin müşaviri Sergey Beskrestnov bildirib ki, Rusiya Şahed pilotsuz uçuş aparatlarından istifadə taktikasını dəyişib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Şahed dronları əvvəlki kimi kütləvi hücumlar həyata keçirmək əvəzinə, daha çox tək-tək, lakin daha mürəkkəb və əl ilə idarə olunan zərbələrə keçib.
Beskrestnov qeyd edib ki, yayımlanan görüntülərdə dronlardan biri hədəfə hücum etmək üçün Ukrayna radarlarının və qarşısınıalma vasitələrinin görmə zonasından yayınmaq məqsədilə 22 metr yüksəkliyə qədər enib.
Onun sözlərinə görə, həmin pilotsuz uçuş aparatı daha sonra məhv edilib.
22:14 18.07.2026
Oxunuş sayı: 91