KİV: ABŞ zərbələrindən sonra İranın ticarət qapısı bağlanıb
ABŞ-nin həyata keçirdiyi zərbələr nəticəsində İranın Bəndər-Abbas liman şəhərinin ölkənin digər əraziləri ilə əlaqələrinin ciddi şəkildə zəiflədiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Telegraph˝ məlumat yayıb.
Nəşrin məlumatına görə, ölkənin ticarətinin təxminən yarısının həyata keçirildiyi 500 min nəfərlik şəhəri digər bölgələrlə birləşdirən körpülər və dəmir yolu xətti dağıdılıb.
Bəndər-Abbasda, həmçinin İranın əsas hərbi-dəniz bazasının yerləşdiyi və bu bazanın Hörmüz boğazına nəzarətdə mühüm rol oynadığı qeyd olunur.
˝The Telegraph˝ yazır ki, Donald Tramp administrasiyasında Hörmüz boğazında gəmiçiliyin bərpası üçün Bəndər-Abbasın təcrid edilməsinin zəruri olduğu qənaəti getdikcə güclənir.
19:20 18.07.2026
Oxunuş sayı: 73