Rusiya Ukrayna üçün hərbi yük daşıyan gəminin məhv edildiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Yujnı limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi təyinatlı yüklər daşıdığı iddia edilən quru yük gəmisinin vurulduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin yaydığı məlumata görə, zərbə hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirən gəmiyə endirilib.
Qeyd edək ki, bu məlumat yalnız Rusiya Müdafiə Nazirliyinin bəyanatına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
18:40 18.07.2026
Oxunuş sayı: 71